
31 oktyabr 2025 tarixində Baku Marriott Boulevard Hotel-də keçirilən Straumann Simpozium implantologiya sahəsində dünyanın tanınmış mütəxəssislərini və Azərbaycanın aparıcı diş həkimlərini bir araya gətirdi.
Bu tədbir 8 DTT kredit balı ilə akkreditasiyadan keçmiş və iştirakçılara rəsmi sertifikat təqdim edilmişdir.
Simpozium boyunca iştirakçılar elm, innovasiya və təcrübə dolu təqdimatlarda ən müasir yanaşmalarla tanış oldular.
Tədbirdə Straumann üzrə beynəlxalq təlimçi Dr. Andre Chen implant yükləmə protokolları, tak diş və implant birləşmələri, tam ağız reabilitasiyası kimi mövzularda təcrübəsini bölüşdü.
Assoc. Prof. Dr. Yeliz Çavuşoğlu Yüce isə implantologiyada uzunmüddətli uğurun əsas mərhələlərindən və yeni texnologiyaların implant sistemlərinə gətirdiyi yeniliklərdən danışdı.
Straumann Simpoziumu həm elmi, həm də peşəkar baxımdan unudulmaz bir platformaya çevrildi.
Həkimlər yalnız bilik deyil, həm də ilham qazandılar. Çünki diş həkimliyinin gələcəyi, paylaşım və əməkdaşlıq ruhunda formalaşır.
Bu simpozium bir daha göstərdi ki, adentta və Straumann yalnız məhsul deyil, dəyər yaradır: bilik, inkişaf və keyfiyyət dəyəri.
Tədbirdə çəkilən şəkillərə baxmaq və yükləmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz.