AdenttaBloqlar
Bloq xəbərləri

Bloqlarımızı kəşf edin

Alman Dəqiqliyinin Sümükdəki İzi: Medentika
19 fev 2026
Alman Dəqiqliyinin Sümükdəki İzi: Medentika

Medentika implant sistemləri müasir implantologiyada Alman mühəndislik dəqiqliyi və texnoloji innovasiyanın vəhdəti əsasında hazırlanmış etibarlı həllərdən biridir. Sistem bioloji uyğunluq, mexaniki stabilite və dəqiq dizayn balansı ilə uzunömürlü və proqnozlaşdırıla bilən klinik nəticələr əldə etməyə imkan yaradır.

İmplant səthində tətbiq olunan qabaqcıl texnologiya sümük toxuması ilə sürətli inteqrasiyanı dəstəkləyir, osteointeqrasiya prosesini optimallaşdırır və ilkin stabiliteni gücləndirir. Bu xüsusiyyət implantın erkən mərhələdən etibarən sümük daxilində möhkəm yerləşməsini təmin edərək uzunmüddətli funksional sabitliyin əsasını formalaşdırır.

Konik bədən forması və xüsusi yiv strukturu biomekanik yüklərin düzgün paylanmasına kömək edir, çeynəmə qüvvələrinə davamlılığı artırır və implantın uzun illər stabil qalmasını dəstəkləyir. İstehsalda istifadə olunan yüksək keyfiyyətli titan material isə həm biouyğunluq, həm də davamlılıq baxımından sistemin etibarlılığını tamamlayır.

Medentika implant sistemləri tək diş bərpasından çoxsaylı implant əsaslı rekonstruksiyalara qədər geniş klinik indikasiya spektrində tətbiq oluna bilir. Estetik zonalarda təbii görünüş, posterior sahələrdə isə güclü funksional performans təqdim edərək kompleks müalicələr üçün çevik və effektiv həll imkanı yaradır.

Nəticə olaraq, Medentika implantları Alman texnologiyası, mühəndislik dəqiqliyi və klinik etibarlılığı bir araya gətirərək uzunömürlü implantoloji nəticələr üçün güvənilən seçim kimi ön plana çıxır.

 
Daha çox öyrən
Panda P3 Plus Intraoral Scanner
05 mar 2026
Panda P3 Plus Intraoral Scanner

Panda P3 Plus Intraoral Scanner: Rəqəmsal Stomatologiyada Dəqiqlik və Sürətin Yeni Standartı

Rəqəmsal stomatologiya klinik iş prosesini daha dəqiq və daha sürətli edən texnologiyalarla sürətlə inkişaf edir. Bu transformasiyanın əsas hissələrindən biri intraoral skanerlərdir. Panda P3 Plus intraoral scanner müasir stomatoloji klinikaların rəqəmsal iş axınına uyğun hazırlanmış yüksək dəqiqlikli skan cihazı olaraq həm stomatoloqlar, həm də dental laboratoriyalar üçün effektiv və rahat həll təqdim edir.

Panda P3 Plus 7 mikron dəqiqlik səviyyəsi ilə ağız daxili strukturların yüksək detallarla skan olunmasına imkan yaradır. Bu dəqiqlik implant planlaması, ortodontik müalicə və protez bərpaları zamanı daha proqnozlaşdırılan nəticələr əldə etməyə kömək edir. Rəqəmsal ölçü texnologiyası sayəsində ənənəvi ölçü materiallarına ehtiyac azalır və müalicə prosesi həm həkim, həm də pasiyent üçün daha komfortlu olur.

Kompakt və erqonomik dizayn cihazın gündəlik klinik istifadəsini daha rahat edir. Panda P3 Plus intraoral scanner sürətli skan texnologiyası sayəsində tam qövs skanlarının qısa müddətdə tamamlanmasına imkan yaradır və klinik iş axınını optimallaşdırır. Eyni zamanda skan məlumatlarının laboratoriyalara rəqəmsal formatda ötürülməsi protezlərin hazırlanma prosesini daha sürətli və daha dəqiq edir. Bu üstünlüklər Panda P3 Plus-u rəqəmsal stomatologiyaya keçid etmək istəyən klinikalar üçün etibarlı və effektiv həllə çevirir.

Daha çox öyrən
Ramazan ayında Adentta 16 ehtiyaclı ailəyə ərzaq yardımı etdi
Ramazan ayında Adentta 16 ehtiyaclı ailəyə ərzaq yardımı etdi

Ramazan ayı mərhəmət, paylaşmaq və birlik rəmzidir. Bu müqəddəs günlərdə ehtiyac içində olan ailələri unutmamaq, onlara mənəvi və maddi dəstək olmaq hər birimizin vətəndaşlıq borcudur.

Adentta komandası olaraq sosial məsuliyyət çərçivəsində bu Ramazanda da xeyirxahlıq təşəbbüsü ilə çıxış etdik və ehtiyaclı ailələr üçün ərzaq yardımı təşkil etdik. Yardım siyahısına daxil edilən 16 ailəyə gündəlik qida məhsullarından ibarət bağlamalar çatdırıldı. Hər bağlamada əsas ərzaqla yanaşı, Ramazan süfrəsində yer ala biləcək məhsullar da seçilərək əlavə edildi.

Könüllülərimiz yardımları şəffaf şəkildə ünvanlara çatdıraraq ailələrin ehtiyaclarına uyğun şəkildə dəstəklərini göstərdi. Bu proses zamanı biz yalnız ərzaq deyil, həm də ümid və diqqət bəxş etdik. Ailələrin təşəkkür dolu baxışları və sevinc dolu sözləri bizim üçün bu təşəbbüsün nə qədər mənalı olduğunu bir daha göstərdi.

Adentta olaraq inanırıq ki, cəmiyyət qarşısında olan məsuliyyət yalnız peşəkar fəaliyyətlə məhdudlaşmır. Sosial dəstək və xeyirxahlıq bizim əsas dəyərlərimizdən biridir. Gələcəkdə də bu kimi layihələri davam etdirmək və daha çox ailəyə yardım əlimizi uzatmaq niyyətindəyik.

Bu fürsətlə bütün xalqımızı Ramazan ayı münasibətilə təbrik edir, hər evə bolluq, bərəkət və ruhi rahatlıq arzulayırıq.

Daha çox öyrən
Sağlamlıq gigiyenadan başlayır!
Sağlamlıq gigiyenadan başlayır!

Steril mühit yaratmaq – yalnız stomatoloji prosedurun keyfiyyəti üçün deyil, həm də pasiyentin və personalın təhlükəsizliyi üçün əsas şərtdir. Klinikada alətlərin təmizlənməsi və sterilizasiyası tək bir mərhələ deyil – bu, düzgün ardıcıllıqla aparılan çoxmərhələli bir prosesdir.

Aşağıda gigiyenanı təmin edən bu 5 əsas mərhələ ilə sizi tanış edirik:

Alətlərin ilkin uuyulması
Sterilizasiya prosesinin ilk addımı – alətlərin mexaniki və kimyəvi təmizlənməsidir. Bu mərhələ, qalıq çirkləri və bioloji materialların təmizlənməsi ilə növbəti addımların effektivliyi üçün zəmin yaradır. Düzgün yuyulmamış alətlərin sonrakı mərhələlərdə tam steril olması çətinləşir.

Ultrasonik vannada təmizləmə
Gözlə görünməyən təhlükələrə qarşı görünməyən güc! Ultrasonik vannalar yüksək frekanslı dalğalar vasitəsilə alətlərin üzərindəki mikroskopik qalıqları təmizləyir və bakteriyaları effektiv şəkildə aradan qaldırır. Bu mərhələ sterilizasiyanın uğuru üçün vacibdir.

Avtoklav prosesində sterilizasiya
Yüksək temperatur və təzyiq bir araya gələrək bakteriya, virus və sporların məhvini təmin edir. Avtoklav prosesi – gigiyena protokollarının “qızıl standartı” sayılır və alətlərin tam təhlükəsiz istifadəyə hazır vəziyyətə gəlməsini təmin edir.

Steril paketlənmə və saxlanma
Sterilizasiya olunmuş alətlərin düzgün şəkildə paketlənməsi və tozsuz, quru mühitdə saxlanması onların təmizliyini qorumaq üçün vacibdir. Bu mərhələnin düzgün icrası, müalicə zamanı infeksiya risklərini minimuma endirir və klinikanın peşəkarlığını göstərir.

Personalın qoruyucu geyimləri
Sterilizasiya yalnız alətlərə aid deyil. Klinik personalın tibbi maska, əlcək, önlük və üz sipəri kimi qoruyucu geyimlərdən istifadəsi həm onların öz sağlamlığını, həm də pasiyentin təhlükəsizliyini təmin edir. Bu, steril mühitin tamamlayıcı hissəsidir.

Steril mühit – diqqətlə planlanmış və ardıcıllıqla icra edilən bir sistemin nəticəsidir. Klinikada hər mərhələ öz rolunu oynayır və birlikdə pasiyentə təhlükəsiz, keyfiyyətli xidmət təqdim olunur. Unutmayaq: sağlamlıq gigiyenadan başlayır!

Daha çox öyrən