Tədbir detalları

3 Günlük Yay Təcrübəsi – Nabran River Inn
Nabranın füsunkar təbiəti qoynunda təşkil olunan 3 günlük xüsusi yay proqramı iştirakçılara həm peşəkar inkişaf, həm də rahat istirahət imkanı təqdim edir.
Proqram çərçivəsində elmi müzakirələr, aktual klinik mövzular üzrə fikir mübadiləsi və praktiki təcrübə paylaşımları həyata keçiriləcək. İştirakçılar sahə üzrə yeniliklərlə tanış olmaq, real klinik yanaşmaları müzakirə etmək və həmkarları ilə dəyərli peşəkar əlaqələr qurmaq imkanı əldə edəcəklər.
River Inn Nabran məkanında keçiriləcək bu tədbir yalnız biliklərin yenilənməsi deyil, eyni zamanda yay atmosferində komfortlu istirahət, networking və komanda ruhunun gücləndirilməsi üçün ideal platformadır.
Peşəkar inkişaf və keyfiyyətli istirahətin vəhdət təşkil etdiyi 3 günlük unikal yay təcrübəsi.