Tədbir detalları

Nabranın təbiət qoynunda keçirilən 3 günlük proqram stomatoloqlar üçün həm peşəkar inkişaf, həm də komfortlu istirahət imkanı yaratdı.
Tədbir çərçivəsində Sahib Bilalzadə və Hikmət Baxışov çıxış edərək implantologiya sahəsində klinik təcrübələrini iştirakçılarla bölüşdülər. Müzakirələr zamanı praktik yanaşmalar, real klinik hallar və müasir müalicə prinsipləri ətrafında fikir mübadiləsi aparıldı.
Elmi hissə ilə yanaşı, iştirakçılar River Inn-in sakit və təbiətə yaxın atmosferində dincəlmək, yeni tanışlıqlar qurmaq və oxatma kimi əyləncəli aktivliklərdə iştirak etmək imkanı əldə etdilər.
Adentta olaraq məqsədimiz stomatoloqlar üçün yalnız məhsul və xidmət təqdim etmək deyil, həm də bilik paylaşımı, təcrübə mübadiləsi və peşəkar əlaqələrin güclənməsi üçün dəyərli platformalar yaratmaqdır.