Vakansiya haqqındaİşin təsviri:
Mağaza meneceri adentta-nın Gəncə filialında aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərəcək:
- Müştərilərlə birbaşa ünsiyyət quraraq satış prosesinin həyata keçirilməsi
- Mağaza üzrə satış planlarının icrası və hədəflərə çatılması
- Anbar qalıqlarına nəzarət, məhsul dövriyyəsinin düzgün idarə olunması
- Məhsulların stok vəziyyətinin izlənilməsi və vaxtında sifarişlərin verilməsi
- Kassa əməliyyatlarına nəzarət və gündəlik hesabatların düzgün aparılması
- Mağazada məhsulların düzgün yerləşdirilməsi və vizual təqdimatın təmin olunması
- Müştəri məmnuniyyətinin qorunması və xidmət keyfiyyətinin yüksək səviyyədə saxlanılması
İş şəraiti:
- İş qrafiki:
- Bazar ertəsi – Cümə: 09:00 – 18:00
- Şənbə: 09:00 – 15:00
- İş yeri: Gəncə şəh.,
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə,
- Əmək haqqı: 700 AZN (fix) + bonus