Tədbir detalları
Straumann iExcel Konfransı: Müasir İmplantologiyaya Yeni Baxış

10 oktyabr 2026-cı il tarixində Bakıda, Holiday Inn Baku-da Straumann istifadəçiləri üçün xüsusi implantologiya konfransı keçiriləcək. Tədbirin əsas spikeri Dr. Cem Yıldız olacaq.
Konfransın əsas mövzusu Straumann iExcel sistemi, onun klinik yanaşmaları, müasir implantoloji həlləri və gündəlik praktikada təqdim etdiyi tətbiq imkanları olacaq.
Straumann iExcel ilə müasir implantologiyaya yeni baxış
Müasir implantologiyada fərqli klinik vəziyyətlərə uyğun çevik və etibarlı həllərin seçilməsi böyük əhəmiyyət daşıyır. Straumann iExcel sistemi də implantoloqlara müxtəlif klinik yanaşmaları vahid sistem daxilində tətbiq etmək imkanı təqdim edir.
Holiday Inn Baku-da keçiriləcək konfrans zamanı Dr. Cem Yıldız iExcel sisteminin klinik istifadəsi ilə bağlı yanaşmalarını iştirakçılarla bölüşəcək, implant müalicəsinin müxtəlif mərhələlərində nəzərə alınmalı məqamlar və praktik tətbiq imkanları haqqında danışacaq.

