AdenttaAdenttaBloqlarAdenttaPiezo cihazlarının əməliyyatlarda rolu və üstünlükləri

Piezo cihazlarının əməliyyatlarda rolu və üstünlükləri

02 iyl 2025
blogDetail

Piezoelektrik texnologiya müasir cərrahi stomatologiyada yeni bir mərhələ açır. Bu cihazlar ultrasonik vibrasiya ilə yalnız sərt toxumaları (məsələn, sümük) kəsərək, yumşaq toxumalara zərər vermədən daha təhlükəsiz əməliyyatlar aparmağa imkan verir.

Üstünlükləri:

  • Yüksək dəqiqlik: Klassik frezlərlə müqayisədə daha kontrollu və dəqiq sümük kəsməyə imkan verir.
  • Minimum travma: Yumşaq toxumaların qorunması sayəsində əməliyyatdan sonra ağrı, ödem və sağalma müddəti azalır.
  • Pasiyent komfortu: Daha az invaziv prosedur olduğu üçün pasiyentlər tərəfindən daha yaxşı qəbul olunur.
  • Geniş tətbiq sahəsi: Sinus lift, sümük bloku götürülməsi, impakt dişlərin çıxarılması və digər ağız-cərrahiyyə əməliyyatlarında istifadə olunur.

Piezo cihazları, xüsusilə incə və riskli anatomik sahələrdə işləyən həkimlər üçün əvəzolunmaz köməkçidir. Daha etibarlı nəticələr və artırılmış pasiyent məmnuniyyəti üçün bu texnologiya klinikalarda getdikcə daha çox yer tutur.

Şəkil qalereyası
gallery
Digər bloqlar
Sağlamlıq gigiyenadan başlayır!
Sağlamlıq gigiyenadan başlayır!

Steril mühit yaratmaq – yalnız stomatoloji prosedurun keyfiyyəti üçün deyil, həm də pasiyentin və personalın təhlükəsizliyi üçün əsas şərtdir. Klinikada alətlərin təmizlənməsi və sterilizasiyası tək bir mərhələ deyil – bu, düzgün ardıcıllıqla aparılan çoxmərhələli bir prosesdir.

Aşağıda gigiyenanı təmin edən bu 5 əsas mərhələ ilə sizi tanış edirik:

Alətlərin ilkin uuyulması
Sterilizasiya prosesinin ilk addımı – alətlərin mexaniki və kimyəvi təmizlənməsidir. Bu mərhələ, qalıq çirkləri və bioloji materialların təmizlənməsi ilə növbəti addımların effektivliyi üçün zəmin yaradır. Düzgün yuyulmamış alətlərin sonrakı mərhələlərdə tam steril olması çətinləşir.

Ultrasonik vannada təmizləmə
Gözlə görünməyən təhlükələrə qarşı görünməyən güc! Ultrasonik vannalar yüksək frekanslı dalğalar vasitəsilə alətlərin üzərindəki mikroskopik qalıqları təmizləyir və bakteriyaları effektiv şəkildə aradan qaldırır. Bu mərhələ sterilizasiyanın uğuru üçün vacibdir.

Avtoklav prosesində sterilizasiya
Yüksək temperatur və təzyiq bir araya gələrək bakteriya, virus və sporların məhvini təmin edir. Avtoklav prosesi – gigiyena protokollarının “qızıl standartı” sayılır və alətlərin tam təhlükəsiz istifadəyə hazır vəziyyətə gəlməsini təmin edir.

Steril paketlənmə və saxlanma
Sterilizasiya olunmuş alətlərin düzgün şəkildə paketlənməsi və tozsuz, quru mühitdə saxlanması onların təmizliyini qorumaq üçün vacibdir. Bu mərhələnin düzgün icrası, müalicə zamanı infeksiya risklərini minimuma endirir və klinikanın peşəkarlığını göstərir.

Personalın qoruyucu geyimləri
Sterilizasiya yalnız alətlərə aid deyil. Klinik personalın tibbi maska, əlcək, önlük və üz sipəri kimi qoruyucu geyimlərdən istifadəsi həm onların öz sağlamlığını, həm də pasiyentin təhlükəsizliyini təmin edir. Bu, steril mühitin tamamlayıcı hissəsidir.

Steril mühit – diqqətlə planlanmış və ardıcıllıqla icra edilən bir sistemin nəticəsidir. Klinikada hər mərhələ öz rolunu oynayır və birlikdə pasiyentə təhlükəsiz, keyfiyyətli xidmət təqdim olunur. Unutmayaq: sağlamlıq gigiyenadan başlayır!

Daha çox öyrən