AdenttaAdenttaTədbirlərAdentta“Straumann iEXCEL ilə Müasir İmplantologiya” Elmi Tədbiri

Tədbir detalları

“Straumann iEXCEL ilə Müasir İmplantologiya” Elmi Tədbiri

Calendar
11 okt 2026 - 28 sen 2026
eventDetail

10 oktyabr 2026-cı il tarixində Holiday Inn Baku otelində adentta şirkətinin təşkilatçılığı ilə “Straumann iEXCEL ilə Müasir İmplantologiya” adlı elmi tədbir baş tutdu. Tədbir stomatologiya sahəsində fəaliyyət göstərən 250-yə yaxın mütəxəssisi bir araya gətirdi.

Tədbirin əsas məqsədi müasir implantologiyada tətbiq olunan innovativ texnologiyaları, yeni klinik yanaşmaları və Straumann iEXCEL sisteminin təqdim etdiyi imkanları stomatologiya mütəxəssislərinə tanıtmaq idi.

Dr. Cem Yıldızın təqdimatında iEXCEL sisteminin klinik üstünlükləri, innovativ implantoloji həllər və gündəlik praktikada tətbiq imkanları ətraflı müzakirə olundu. Təqdimat zamanı sistemin fərqli klinik ehtiyaclara uyğunluğu, müalicə prosesinin optimallaşdırılması və müasir implantoloji yanaşmalar barədə məlumat verildi.

Proqram çərçivəsində təşkil olunan interaktiv sual-cavab sessiyası iştirakçılara mövzu ilə bağlı suallarını ünvanlamaq və klinik təcrübələr ətrafında fikir mübadiləsi aparmaq imkanı yaratdı. Həmçinin stend zonasında həkimlər Straumann məhsulları və innovativ həllərlə yaxından tanış oldular.

adentta olaraq stomatologiya sahəsində elmi biliklərin paylaşılmasına, peşəkar inkişafın dəstəklənməsinə və innovativ texnologiyaların ölkəmizdə tanıdılmasına xüsusi önəm veririk.

Tədbirdə iştirak edən bütün həkimlərimizə, dəyərli spikerimiz Dr. Cem Yıldıza və təşkilati prosesdə əməyi keçən hər kəsə təşəkkür edirik!

Tədbirdən digər fotolara aşağıdakı link vasitəsilə daxil olaraq baxa bilərsiniz (giriş şifrəsi: 2026)

https://elshanbaba.com/disk/2026-10-10-straumann-iexcel-ile-muasir-implantologiya




Şəkil qalereyası
gallery
gallery
gallery
gallery
gallery
gallery
gallery
gallery
“Straumann iEXCEL ilə Müasir İmplantologiya” Elmi Tədbiri