Tədbir detalları
adentta artıq Gəncədə!

19 oktyabr 2026-cı il tarixində Gəncə filialımızın açılışını dəyərli həkimlərimiz, tərəfdaşlarımız və qonaqlarımızla birlikdə qeyd etdik.
Səmimi söhbətlər, xoş görüşlər və gözəl təəssüratlarla yadda qalan bu gün bizim üçün sadəcə yeni bir filialın açılışı deyil, həm də yeni dostluqların, əməkdaşlıqların başlanğıcı oldu.
Yeni filialımızla Gəncə və ətraf bölgələrdə fəaliyyət göstərən stomatoloqlarımıza daha yaxın olmağı, onların gündəlik iş prosesində ehtiyac duyduqları məhsul və avadanlıqları daha əlçatan etməyi hədəfləyirik.
Filialımızda implantologiya, ortodontiya, endodontiya və stomatologiyanın digər sahələri üzrə geniş məhsul çeşidi, həmçinin müasir stomatoloji avadanlıqlar təqdim olunur.
Bu gözəl günü bizimlə bölüşən hər kəsə təşəkkür edirik!











