2024-cü il 31 may – 1 iyun tarixlərində Adentta-nın təşkilatçılığı, GC Orthodontics-in dəstəyi ilə Hilton Hotel-də ortodontiyaya həsr olunmuş iki günlük elmi tədbir baş tutdu.
Yapon keyfiyyəti ilə tanınan GC brendi və Adentta-nın birgə təşəbbüsü ilə keçirilən bu tədbir, ortodontik müalicələrdə müasir yanaşmaların və texnologiyaların paylaşılması baxımından mühüm əhəmiyyət daşıyırdı.
1-ci gün: Konfrans
Mövzu: “II sinif maloklüziya – Fərqli klinik ssenarilərdə müalicə seçimləri”
Dr. Berza YILMAZ
– Böyüməkdə olan pasiyentlərdə II sinif maloklüziyanın idarə olunması
– Ortognatik cərrahiyyədə planlama yanaşmaları
Dr. Yoav MAZOR
– Multi FA sisteminə giriş və rəqəmsal planlama
– Retensiyada müasir yanaşmalar
2-ci gün: Masterklass
Dr. Yoav MAZOR tərəfindən keçirilən praktiki sessiyada iştirakçılar “Multi FA – II hissə” mövzusunda hibrid çox seqmentli yanaşmanın klinik tətbiqləri ilə tanış oldular.