BossKLEIN
Birləşmiş Krallıqda istehsal olunan Bossklein markası – dezinfeksiya,
sterilizasiya, təmizləyici vasitələr və anti bakterial maddələr üzrə
ixtisaslaşmış, dünyaca məhşur, böyük alıcı kütləsinə malik geniş
çeşiddə istehsal edilən brend məhsuldur.

Alətlərin dizinfeksiyası
(Bossklein İnstrument Disinfectant)

Alətlər, borlar,endodontik alətlər və stomatoloji əşyaların dezinfeksiyası üçün nəzərdə tutulmuş bu maddə geranium (ətirşah çiçəyi) ətirlidir. Bu məhsulun 2 lt-i ilə 200 lt aktiv maddə əldə etmək mümkündür. Tərkibində aldehid, fenol birləşmələri yoxcdur. Bioloji uyğundur və asanlıqla parçalanandır.


Fırlanan alətlər üçün dezinfeksiyaedici
məhlul (DisBur Ready)

Birbaşa istifadə üçün nəzərdə tutulmuş bu məhlul borların, volfram karbid və cilalama alətlərinin dezinfeksiya edilməsi üçün isstehsal edilmişdir.
Alətlərin məhlulda saxlanma müddəti minimum 5 dəqiqə (viruslar,bakterialar, lavrositlər), maksimum 30 dəqiqədir (funqisidlər). Alətlərin məhlulda göstərilən müddətdən artıq qalması alətlərin zamanla daha tez korlanmasına səbəb ola
bilər. Məhlul gündəlik istifadə üçün nəzərdə tutulduğundan, hər gün yenilənməlidir. Mis,sarı mis, alüminium və rəng kodu olan alətlərin istifadə edilməsi əks göstərişdir.Alkain və spirtlə təmasa uyğunlaşdırılmış materiallı alətlər üçün istifadə edilə bilər.
Məhluldan çıxarıldıqda su ilə təmasda olmamalıdır.
Salfet üzərində qalaraq tam qurumalıdır.

TEST STANDARTLARINDAN TAM KEÇİRİLMİŞDİR:
EN 14885, EN 13727, EN 14561, EN 13624, EN 14562, EN 14476


Səthlər üçün Sprey
(Surface Disinfectant Spray)

Qeyri-invaziv tibbi cihazların və səthlərin çox qısa vaxt ərzindətam dezinfeksiya edilməsini təmin edəcək bir vasitədir. Geniş spektor orqanizmlər üçün nəzərdə tutulmuşdur. Limon və təbii ətirli növləri vardır. Qablaşdırılması: 500ml, 1lt və 5lt.

TEST STANDARTLARINDAN TAM KEÇİRİLMİŞDİR:
EN 14885, EN 13727, EN 14561, EN 13624, EN 14562, EN 1447


Səthlər üçün salfetlər
(V-Wipes Surface Disinfectant Wipes)

Stomatologiyada və cərrahiyyədə səthlərin dezinfeksiya edilməsi, infeksiyalarla mübarizənin ən effektiv yollarından sayılır. Pasientlərin gündəlik dövriyyəsini nəzərə alsaq, həkim otağında olan bütün səthlərin hər pasient sonrası tam etibarlı dezinfeksiya edilməsi mütləqdir. Bossklein məhsullarının səthlər üçün istehsal edilən salfet və spreylərinin üstünlüyü, dəqiqliklə səthləri dezinfeksiya etməsi və geniş diapazonda səthlərlə tam uyğunluq təşkil etməsidir.
V-Wipes Səth dezinfeksiyaedici salfetləri:
İki müxtəlif ölçüdə istehsal edilir – Standart (180x120mm) və böyük (200x200mm). Qeyri invaziv səthlər üçün nəzərdə tutulmuş bu salfetlər təbii limon ətirli olub, geniş spektorlu orqanizmlərə qarşıdır.


Spirtsiz salfetlər
(İ-Virus Alcohol free wipes)

İ- Virus səth salfetləri ölçüsü 330mm x 220mm , hər bağlamada sayı 80 ədəd olmaqla istehsal edilir. Qeyri-invaziv səthlər üçün nəzərdə tutulmuş bu salfetlər unikal iki qatlı, daha yumşaq və istifadə də maksimum rahatdır. Bu salfetlər Nanə ətirli olub, geniş spektorda orqanizmlərə qarşıdır.

TEST STANDARTLARINDAN TAM KEÇİRİLMİŞDİR :
EN 14885, EN 13727, EN 14476
EN 13624, EN 14348, EN 13704


Silikon tərkibli pas əleyhinə olan yağlar
(Universal Handpiece Oil Lubricant Spray)

Yüksək effektivliyə malik bu yağlar motorların, endomotor başlıqlarının, müxtəlif sürətlə fırlanan alətlərin yağlanmasında unikal və əvəzedilməz vasitədir. Silikon və pas əleyhinə hissəciklərdən ibarət olan bu yağlar, alətlərin daxili səthində mikro pas hissəcikklərinin əmələ gəlməsinin qarşısını alır.


Səthlər üçün spirtsiz salfetlər
(V-Wipe Alcohol Free Surface)

Bu spirtsiz və unikal salfetlər İki müxtəlif ölçüdə istehsal edilir – Standart (180x120mm) və Böyük (200x200mm). Qeyri invaziv səthlər üçün nəzərdə tutulmuş bu salfetlər təbii limon ətirli olub, geniş spektorda orqanizmlərə qarşıdır.

TEST STANDARTLARINDAN TAM KEÇİRİLMİŞDİR:
EN 14885, EN 13727, EN 14476
EN 13624, EN 14348, EN 13704


Antibakterial döşəmələrin
təmizlənməsi üçün vasitə
(Bactasept Antibacterial Floor Cleaner)

Bu konsentrat tərkibcə yuyucu vasitələrlə oxşar olub hər növ
döşəmələrin yuyulması və bakteriyalardan tam təmizlənməsi üçün nəzərdə tutulub. Hətta plitələrdən, müxtəlif kompozitlərdən və sintetik materiallardan hazırlanmış döşəmələr üçün də tam uyğun olan bu məhsul, döşəmələrdən gələ biləcək bütün xoşagəlməz qoxuları minimuma endirir. 2%li məhlulun əldə edilməsi üçün 100ml maye 5lt isti suya əlavə etmək lazımdır.


Gündəlik Aspirasiya sistemlərinin təmizlənməsi və dezinfeksiyası üçün məhlul (Daily Aspirator Cleaner and Disinfectant)

Aspirasiya sistemlərinin gündəlik olaraq tam sterilizasiya edilməsi və təmizlənməsi üçün istehsal olunmuş bu məhlul nəm, quru və ya nəm/quru sovrulma sistemlərinin təmizlənməsi
üçün nəzərdə tutulub. Az köpüklənəndir,tərkibində xlor, aldehid və fenol yoxdur. Geniş spektor orqanizmlər üçün təsirlidir. 20ml məhlulu 980ml suya əlavə edərək aktiv məhlul əldə etmək mümkündür. Aspirasiya sistemində 10 dəqiqə qalması kifayət edir ki, bütün növ virus və bakteriyaları tamamilə məhv etsin.

TEST STANDARTLARINDAN TAM KEÇİRİLMİŞDİR:
EN 14885, EN 13697, EN 13624, EN 13727, EN 14476, EN 13704


Bossklein şirkəti əllərin gigiyenasını maksimum
yüksək tutmaq üçün 3 müxtəlif çeşiddə məhsulu
sizə təqdim edir:

Maye Sabun

Sadə, yumşaq, əllərinizin dərisinin qeydinə qalacaq bu maye sabunla siz həm ailənizdə, həm də iş yerinizdə özünüzü virus və bakteriyalardan tam müdafiə olunmuş hiss edəcəksiniz.


Gel

Əllərinizin saniyələr ərzidə tam təmizlənməsi və dezinfeksiya edilməsi üçün əla vasitə olan bu məhsul əlcəklərin yuyulması zamanı heç bir yapışqanlıq hissiyyatı yaratmır. Qablaşdırılması 50ml, 250ml, 500ml və 5 lt olaraq istehsal edilir. Bu məhsulun Kakos və natural ətir çeşidinin olması sizi xoş seçim qarşısında qoyacaq.


Rub

Saniyələr içərisində buxarlanan bu məhlulla siz ən qısa zamanda əllərinizin tam dezinfeksiya olduğuna əmin olacaqsınız.


Mini əl dispenseri (500ml)

Avtomatlaşdırılmış sabun və ya gel üçün hazırlanmış
“mini əl dispenseri” 500 ml maye tutumuna malikdir.


750ml Manual və AvtoDinpenser
(and Auto Dispensers)

Avtomatlaşdırılmış və ya Manual (əl ilə) istifadə üçün
yaradılmış bu dispenzerlər 750ml maye tutumuna malikdir.


“No Touch” sistemi

“No Touch” sistemi ilə təmin edilmiş aksessuar sizə sabun, gel və ya rubdan heç bir vasitəyə toxunmadan istifadə etməniz üçün tam şərait yaradacaq. 650 ml maye tutumuna malikdir.