XİDMƏTLƏRİMİZ

Pulsuz çatdırılma – Adentta şirkəti aldığınız hər bir stomatoloji məhsul və ya avadanlığı  müəyyən vaxta və qaydalara əsasən sizə çatdırır. Çatdırılma xidməti həftənin 6 gün fəaliyyət göstərir. Çatdırılma xidməti əməkdaşları sizinlə əlaqə saxlayaraq uyğun zaman ərzində məhsulu ünvana çatdırırlar. Alınan məhsulların qəbulu sizin  iştirakınız  ilə tam yoxlanılaraq həyata keçirilir. Məhsulların Bakı şəhəri daxili ərazilərə çatdırılması pulsuzdur

Zəmanət – Adentta şirkəti satış sonrası xidmətlərinə: stomatoloji məhsulun və ya avadanlığın  ünvana çatdırılması və quraşdırılması, məhsulun xüsusiyyət və keyfiyyətləri barədə müştərinin məlumatlandırılması, şikayətlərin vaxtında cavablandırılması və lazımı vaxtda köməyin göstərilməsi daxildir. Biz bütün məhsul və avadanlıqlara  zəmanət veririk. Biz sizlərə rahatlıqla  istifadə edə biləcəyiniz məhsullar və uzun illər istifadə edə biləcəyiniz  avadanlıqlar təklif edirik.